"Ermənistana birbaşa ya tranzit yük daşınmayacaq"
İsveçrənin paytaxtı Berndə Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (KOTİF) 12-ci Baş Assambleyası keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, keçirilən iclasda “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov deyib ki, Azərbaycanın ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunub, elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımasına heç bir halda icazə verilməyəcək".
Vüqar Bayramov: "Pensiya yaşını artırmağa lüzum yoxdur"
Hazırda pensiya yaşını artırmağa lüzum yoxdur. Bunu iqtisadçı alim Vüqar Bayramov AzadlıqLive-a deyir. Onun fikrincə, gələcəkdə pensiya yaşı artırıla bilər, ancaq indiki məqamda Dövlət Sosial Müdafiə Fondunun əlində kifayət qədər resurs və rıçaqlar var. Fondun kəsiri də yoxdur. Ona görə pensiya yaşını olduğu kimi saxlamaq olar.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirdi ki, pensiya yaşı artırıla bilər. Ancaq bu hələ yekun qərar deyil.
Ola bilərmi ki, cəmiyyətdə bunun fəal müzakirəsi nəticəsində pensiya yaşı ümumiyyətlə artırılmasın? Bunun üçün fərdlər və ya qeyri-hökümət qurumları nə etməlidir?
Vüqar Bayramov deyir ki, öz təkliflərini əsaslandırıb, Fonda təklif etmək lazımdır.
Bəs buna fikir verən varmı? Vüqar Bayramov deyir ki, təklif yaxşı əsaslandırlmış olanda fikir də verilir, hətta bu təklifdən istifadə də olunur.
"Çölü bəzək, içi ..." (video)
Mingəçevirdə 64 saylı yataqxanada məskunlaşan 33 məcburi köçkün ailəsi deyir ki, Avropa Oyunları ərəfəsi xaricilər üçün binanın üzünü təmir ediblər, içi isə dağılır.
«10 manatın canı sağ olsun»
- Bu saatda necə keçə bildiniz maşınla? Rayon qeydiyyatı deyil sizdə?
- Hə, rayondur. Amma 10 manatın canı sağ olsun. Verib keçdim.