Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 07:07
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

13:04 30.9.2015

Dərman idxalı artıb

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatına görə, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əczaçılıq məhsullarının idxalı 16.4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalatçılar 160 milyon dollar vəsait xərcləmişdisə, bu il artıq bu məqsədlə xərclər 185 milyonu ötüb.

Bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar.

15:08 30.9.2015

İlham Əliyev : Bizi təxribata çəkirlər

Təmas xəttində baş verən hadisələrə toxunan İlham Əliyev Ermənistanın Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu, beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. Bunları Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

15:31 30.9.2015

DİN Çevik Polis Alayında (ÇPA) kütləvi ixtisarlar başlayır

“Qafqazinfo”ya daxil olan məlumata görə, ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib. Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir. Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.

16:09 30.9.2015

"Ehram tikməyi misirlilər ermənilərdən öyrənib"

"İnanmayacaqsınız, amma misirlilərə ehram tikməyi ermənilər öyrədib. Yazıq misirlilər! Musa yəhudiləri İsrailə aparandan sonra ermənilər də İngiltərəyə yola düşdülər. Bəli, düz anladınız, müasir ingilislər – qədim ermənilərdən törəyib. Mən zarafat etmirəm. Bunlar lətifə deyil, erməni tarixçilərindən sitatlarıdır." Bunu Rusiyanın REN TV kanalının məşhur aparıcısı İqor Prokopenko deyir və erməni tarixçilərini lağa qoyur.

Prokopenko davam edib ki, "İngilis tarixçiləri biləndəki vikinqlər ermənilərdən törəyiblər, xeyli təəccübləndilər və hətta etirazlarını bildirdilər, ancaq artıq gec idi".

Davamı

XS
SM
MD
LG