Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 02:22
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

19:34 28.9.2015

Hulk-dan möhtəşəm qol

Zenit-in braziliyalı hücumçusu Hulk Spartak (Moskva)-ya möhtəşəm qol vurub. O, qapıçı dayanan küncə vurur, ancaq zərbə elə güclüdür ki, qapıçı reaksiya verə bimir.

28 yaşlı Hulk fiziki cəhətdən qeyri-adi güclüdür. Onun gücü haqda hətta zarafatla belə videolar çəkilir. Bunlardan biri Red Bull üçün çəkilən reklam çarxıdır

20:47 28.9.2015

Məkkədə 3-cü azərbaycanlı zəvvar öldü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya bildirib ki, bu, 1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğludur.

Zəvvar 3 gün öncə günvurma diaqnozu ilə Məkkədəki hospitala yerləşdirilib. Ə. Şironov bu gün yerli vaxtla günorta saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün əvvəl Məkkədə daha iki azərbaycanlı zəvvar vəfat etmişdi. Onlardan 55 yaşlı Fəxrəddin Zeynallı ürək tutmasından, 58 yaşlı Kəklik Aslanova isə qan təzyiqinin aşağı düşməyi nəticəsində ölüb.

12:45 29.9.2015

Gmail-də yeni funksiyalar

Gmail istifadəçiləri istəmədikləri şəxsləri əngəlləyə biləcəklər. «Block» funksiyası sizi narahat edən e-mail adresləri əngəlləyib, bir daha həmin şəxslərdən məktub almamağa imkan verir.

12:57 29.9.2015

"Amerikaya ölüm" şüarı yeni iş yeri yaratmır

Barack Obama BMT-dəki çıxışında İranı tənqid edərək deyib ki, “Amerikaya ölüm” şüarı yeni iş yerləri yaratmır və ya İranı daha təhlükəsiz etmir”. V.Putin öz çıxışında "bir güc mərkəzi" deyəndə ad çəkməyib. Liderlərin çıxışlarında fərqlər

Davamı

XS
SM
MD
LG