«Rusiya Mübariz Mənsimovu İŞİD-lə «vurdu»! - Səbəbi nədir?
Yeni Müsavat yazır ki, Rusiya mediasının iddiasına görə, İŞİD-in nəzarətində olan neft Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun «Palmali Shipping&Agency JSC» şirkətinə məxsus tankerlərlə daşınır. Media icmalı
Putinlə Obama bir masa arxasında
Marsda su tapılıb
Sentyabrın 28-də alimlər Marsda axar suyun mövcudluğuna dair “indiyədək ən güclü dəlili” tapdıqlarını elan ediblər. Bu, qırmızı planetdə mikroskopik həyatın olması ehtimalını gücləndirir.
NASA ekspertləri bu tapıntıları alqışlayıb. NASA-nın planet elmləri üzrə direktoru Jim Green deyib:“Mars keçmişdə düşündüyümüz kimi quru planet deyil. Müəyyən şəraitdə Marsda maye su tapılıb”.
Audi-nin 2,1 milyon maşınında həmin qalmaqallı proqram qoyulub
Audi şirkəti sentyabrın 29-da etiraf edib ki, onun 2 milyon 100 min avtomobilində də həmin o qalmaqal yaradan xüsusi proqram qoyulub ki, maşınların testi vaxtı havaya buraxılan zərərli qazları az göstərsin. Bu qalmaqala görə Volkswagen konserninin prezidenti istefa verdi, indi ona qarşı dələduzluq ittihamı ilə istintaq başlanıb. Həmin qalmaqalı kompüter proqramı necə işləyir?