Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:02
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

15:56 29.9.2015

Kadyrov açıq gəlin paltarlarına görə xəbərdarlıq etdi

Çeçenistan lideri Ramzan Kadyrov gəlinlik paltarlarının həddindən artıq açıq-saçıq olmasına görə onları tikən moda evlərinin və toy salonlarının rəhbərlərinə xəbərdarlıq edib. O, region rəhbərlərinin müşavirəsində deyib: “Son zamanlar gəlinlər Avropasayağı qədər açıq-saçıq paltarlar geyinməyə başlayıb. Bu, düzgün deyil və çeçen mədəniyyətinə sığmır. Hər şeyi elə etmək vacibdir ki, milli adət və ənənələr qorunub saxlanılsın. Toy salonları da öz növbəsində milli toy paltarlarının satışına keçməlidir”.

16:17 29.9.2015

Ermənistanın müdafiə naziri Qarabağda

Ermənistanın müdafiə naziri Seyran Ohanyan sentyabrın 29-da Dağlıq Qarabağa gedib.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə o, qondarma Dağlıq Qarabağ rejiminin rıhbəri Bako Sahakyanla görüşüb.Görüşdə qondarma rejimin müdafiə naziri Levon Mnatsakanyan da iştirak edib. Görüşdə əsasən ordu quruculuğu və bu sahədə Ermənistanla Dağlıq Qarabağ rejimi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Ermənistan prezidenti Serj Sargisyan bundan bir neçə gün əvvəl Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi.

16:30 29.9.2015

Marsda su tapılıb [Video]

Mars tədqiqatçıları hesab edirlər ki, yay aylarında planetdə maye halında duzlu su əmələ gəlir. Onların fikrincə planetdə bakteriyaların və mikrobların yaşaması üçün münbit şərait var.

16:37 29.9.2015

256 mitinq yeri elan olundu

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib. Siyahını Azərtac yayıb.

Davamı

XS
SM
MD
LG