Keçid linkləri

2026, 09 Yanvar, Cümə, Bakı vaxtı 17:16
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

20:41 1.10.2015

Bu gün AzadlıqLive-da :

Başdaşı taxtadan olan məzarlar

Nazir güllə səsini eşidəndə, qaçdı

Facebook-da şəklin yerində profil videoları gəlir

80 yaşı olan erməni aktyor Ciqarxanyan azərbaycanlılkarla dostluqdan danışdı

İran bildirir ki, Məkkədə ölənlər əslində 2 dəfə çoxdur

Ədalət Şükürov toylardan danışdı

19:07 1.10.2015

"Belə verilişlər olmalıdır. ...ancaq peşəkarlıqla"

Media eksperti Qulu Məhərrəmli ANS-də iki verilişin bir aylığa dayandırılması haqda: “Belə verilişlər Türkiyədə də, Amerikada da var, Rusiyada da var. Ancaq söhbət ondan gedir ki, bizdə bu verilişlər nə qədər peşəkar hazırlanır. Belə verilişlər olmalıdır, bu, bir rəngdir. Amma bizdə fəlakət odur ki, bütün televiziyalarda bu tip verilişlərin çəkisi artıb, narazılıq da burdan qaynaqlanır. Peşəkarlıq deyəndə nəyi nəzərdə tuturam? Bir çox situasiyalar quraşdırılır, ürəkgetmələr, ağlamalar, aparıcının halının pisləşməsi sünidir və həssas tamaşaçı bunu dərhal görür. Peşəkarlıq isə tələb edir ki, ortada yaxşı ssenari olsun, ciddi dramatik vəziyyətlər qabardılsın, iştirakçıların müəyyən intellektual səviyyəsi gözlənsin”.

19:04 1.10.2015

Nazir güllə səsini eşidəndə, qaçdı

Sonuncu atəş vaxtı Ermənistanın kənd təsərrüfatı naziri Berdavanda idi. Şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirdi. Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi söhbəti yarımçıq qoyub qaçıb:

“Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi çönüb qaçdı”. Ətraflı burada

17:15 1.10.2015

Facebook-da profil videoları gəlir

Facebook-da profil şəkli yerinə profil videosu qoymaq olacaq. Bu barədə facebook newsroom-da məlumat verilir.

Davamı

XS
SM
MD
LG