Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 05:52

İran: “Məkkədə 2 dəfə çox ölən olub”


İranda Səudiyyəyə qarşı etiraz aksiyası

-

İran ötən həftə Məkkədə ölən zəvvarlarının sayının 2 dəfə çox olduğunu bildirib. Belə ki, Minada basabasda itkin düşmüş zəvvarların tapılmasına ümid qalmayıb.

“Faciədən yeddi gün keçir... yaralı zəvvarların adları açıqlanıb,” İranın Həcc məsələləri üzrə təşkilatı oktyabrın 1-də bəyanat yayıb.


İran həmin hadisədə 464 iranlı zəvvarın öldüyünü bildirir. Səudiyyə hakimiyyəti isə ümumi ölü sayının 769 olduğunu deyib.

İranın ali dini lideri sentyabrın 30-da Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, iranlı zəvvarların meyitlərini dərhal verməsə, “sərt” tədbirlər görüləcək.

İran Səudiyyənin səfirini həmin hadisədən bəri dördüncü dəfə Xarici İşlər Nazirliyinə çağırıb.

XS
SM
MD
LG