Keçid linkləri

2026, 10 Yanvar, şənbə, Bakı vaxtı 06:20
Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

AzadlıqLive - Erdogan: "Rusiya ölümcül səhv edir"

Xəbərlər yenilənir

15:57 1.10.2015

Ciqarxanyan: "Çoxillik dostum Nara Şirəliyevadır"

“Mən erməniyəm, və mənim azərbaycanlılarla, gözəl,dost münasibətim var.”- bunu 80 illiyi ərəfəsi Rossiyskaya Qazetaya müsahibəsində tanınmış aktyor Armen Ciqarxanyan deyib.

O misal kimi azərbaycanlıının adını çəkib: “mənim çoxillik dostum “Kultura” televiziya kanalında aparıcı Nara Şirəliyevadır, azərbaycanlıdır”.

Ciqarxanyan daha sonra deyir ki, “razıyam, müsəlmanlarla xristianlar arasında fərqlər çoxdur. Ancaq yola getmək lazımdır. Mən hər gün məscidin yanından keçirəm, orda çoxlu inanclı adam görürəm. Mən onlara hörmət edirəm. Onlar mənim kimi adamlardır, yəqin ki, aralarında məndən yaxşıları da var”. Ətraflı burada

13:26 1.10.2015

İran: "Məkkədə ölənlərin sayı 2 dəfə çox olub"

İran ötən həftə Məkkədə ölən zəvvarlarının sayının rəsmi məlumatdakından 2 dəfə çox olduğunu bildirib.

İranın ali dini lideri sentyabrın 30-da Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, iranlı zəvvarların meyitlərini dərhal verməsə, “sərt” tədbirlər görüləcək.

13:08 1.10.2015

Başdaşı taxtadan olan məzarlar

«Moskvskaya R.S 25 ABŞ», «Qurbanova İ.M 126», «Sozikinka T.P. 98», «Dadaş 136», «Əl 253», «Ayaq 111», «NKM. 467», «NQM 4639»... Siyahını çox uzatmaq olar: bunlar başdaşı üzərindəki yazılardır. Bakının Qaradağ rayonu ərazisində yerləşən bu qəbiristanlığın bir küncünü zəbt edən bu yeri heç də hamı tanımır.

12:58 1.10.2015

Məmmədyarovdan Yerevana müharibə xəbərdarlığı

«Azərbaycan işğalla barışmayacaq». Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 30-da BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışında belə deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri danışıqlar yoluyla işğal olunmuş ərazilərdən çıxarılmasa, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan yararlanacaq. Yəni beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Davamı

XS
SM
MD
LG