Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:40

8 aylıq statistika - Azərbaycana gələn də artıb, gedən də...


2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 18-də açıqladığı məlumatda vurğulanır.

Qurum ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələnlərin sayında 8,5 faizlik artımın olduğunu qeyd edir.

Azərbaycana gələnlərin 31,6 faizi Rusiyanın, 19,5 faizi Gürcüstanın, 9,8 faizi Türkiyənin, 9,4 faizi isə İranın payına düşür.

Azərbaycana ən çox iyul ayında səfər ediblər - 16,7 faiz.

Yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə olunub.

DSK-nın məlumatına görə, ötən illə müqayisədə ölkəyə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı da 2,4 dəfə artıb.

Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6, İrandan gələnlərin sayında isə 25,4 faizlik azalmanın müşahidə olunduğu bildirilir.

Avropa İttifaqından, MDB ölkələrindən gələnlərin sayında isə artım olub.

Yanvar-avqustda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da artıb. Artımın 11,7 faiz olduğu, səfər edənlərin sayının 3089,8 min nəfər təşkil etdiyi bildirilir.

Azərbaycan vətəndaşları ən çox Gürcüstana səfər ediblər - 30,9 faiz.

29,7 faiz İrana, 19,6 faiz Rusiyaya, 13,4 faiz isə Türkiyəyə üz tutub.

İrana gedənlərin sayında da 43,4 faiz artım olduğu bildirilir.

XS
SM
MD
LG