Keçid linkləri

2026, 09 İyul, cümə axşamı, Bakı vaxtı 21:42

Avropa həbsxanaları boşaldır, Azərbaycan isə hər 100 minə 271 məhbusla siyahıda ikincidir

Həbsxanalar dolub-daşır: Prezidentin humanistləşdirmə fərmanı icra olunmur?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Həbsxanalar dolub-daşır: Prezidentin humanistləşdirmə fərmanı icra olunmur?

Avropa Şurasının "SPACE II" tədqiqatı əsasında hazırlanan son hesabat qitədə maraqlı bir tendensiyanı üzə çıxarır: alternativ cəza tədbirləri artıq ənənəvi həbs cəzasını geridə qoyub. Hazırda Avropada probasiya və şərti azadlıqda olan şəxslərin sayı 1.4 milyona çatıb, halbuki həbsxanalarda cəmi 1.1 milyon məhbus saxlanılır.

Amma yumşaq cəza tədbirlərinin tətbiqi ölkədən ölkəyə kəskin şəkildə fərqlənir. Məsələn, hər 100 min adama düşən şərti azad edilən şəxslərin sayı Monteneqroda cəmi 16 nəfərdirsə, Azərbaycanda bu rəqəm 136, Polşada isə 652 nəfərdir – bu, Avropa üzrə ən yüksək göstəricidir.

Avropa ümumilikdə məhbus sayını azaltmağa çalışsa da, Azərbaycan hələ də sərt cəza siyasətinə üstünlük verən ölkələr sırasındadır – Türkiyə, Moldova və Gürcüstanla birlikdə. "SPACE II" hesabatına görə, Azərbaycan məhkumların cəmiyyətdən təcrid edilməsi səviyyəsinə görə Avropada lider qrupda qərarlaşıb: hər 100 min adamdan 271-i həbsxanadadır. Bu göstəriciyə görə ölkə yalnız Türkiyədən (458) geri qalır. Avropa üzrə orta göstərici (median) isə cəmi 110 nəfərdir – bu, Azərbaycan göstəricisindən təxminən 2.5 dəfə aşağıdır.

Həbsxanaların doluluğuna gəldikdə isə, hazırda hər 100 yerə 98 məhbus düşür.

Halbuki, hələ 2017-ci ildə prezident İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsi və həbsə alternativ addımların genişləndirilməsi barədə sərəncam imzalamışdı.

XS
SM
MD
LG