Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Azərbaycanda yaşayan pravoslavlar Pasxanı qeyd edirlər


Azərbaycan, Pasxa

Aprelin 16-sı xristian dünyası Pasxa bayramını qeyd edir.

Dini inanca görə, Pasxa İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian bayramıdır.

Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər. Çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir.

Az-az hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir. Bu il də bütün xristian dünyası bu dini bayramı eyni gündə, aprelin 16-da qeyd edirlər. Bu bayram el arasında Qızıl yumurta bayramı kimi də tanınır.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını bayar münasibəti ilə təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG