Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

Ekspertlər deyirlər ki, pensiyalarla real həyatın əlaqəsi yoxdur


İqtisadi təhlilçi Toğrul Vəliyev isə deyir ki, indeksləşdirməni orta aylıq əmək haqqı tempinə uyğunlaşdırmaq doğru addım deyil

Bazarda qiymətlər artmaqda davam edir və bu bahalaşmaya görə pensiyaçılara nə qədər kompensasiya veriləcəyi hələki tam da aydın deyil.

Bakıda təqaüdçü Namiq Əfəndiyev də bu haqda hökumətdən məlumat gözləyir və deyir ki, indiki bahalıqda onun 250 manatlıq pensiyası normal yaşayışa çatmır:

“Yeməyin ən ucuzunu alırıq, istiliyi ancaq gecələr qoşuruq”.

Pensiyaların indeksləşdirilməsi hər il aparılır, 2018-ci ilə qədər bu dəyişiklik bazarda istehlak mallarının qiymətlərindəki artıma uyğun hesablanırdı.

2018-ci ildən “Əmək pensiyası haqda” qanun dəyişdi və indi indeksləşdirmə bazardakı qiymətlərin durumuna görə deyil, orta aylıq nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq apaılır.

'Ev kirəsi bahalaşıb': Dövlət nə tədbir görə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Təkcə bahalaşma 20 faiz olubsa

İqtisadi təhlilçi Qubad İbadoğlu hesab edir ki, bütün qiymətlərdə bahalaşmaya baxmayaraq, indeksləşdirmənin 3 faiz olacağını gözləyir, çünki rəsmi statistikaya görə, nominal əmək haqqının artımı bu qədər olub. Halbuki Sosial və İqtisadi İnkişaf Mərkəzinin hesablamasına görə, təkcə ərzaq son bir ildə ortalama 20 faiz bahalaşıb. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi keçən il inflyasiyanın təqribən 8 faiz olduğunu bildirir.

Nəticədə pensiyalar nominal əməkhaqqına bağlandığından məsələn, maaşı 300 manat olan təqribən 309 manat pensiya alacaq.

Halbuki müstəqil iqtisadçıların bahalaşma hesablamalarına əsaslansaq, bazarda əvvəl 300 manata alına bilən məhsulları yenə ala bilmək üçün pensiyanın azı 360 manat olması lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə AzadlıqRadiosuna bildirib ki, pensiyaların necə indeksləşdiriləcəyini indidən demək çətindir, bunun üçün prezidentin sərəncamını gözləmək lazımdır.

Prezident adətən bu haqda sərəncamı fevralın 1-ci həftəsində verir.

İşığa, qaza nə qədər xərciniz çıxır? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Əlaqəsiz məsələlər

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, qanun - kompensasiyanın bahalaşma göstəriciləri əsasında verilməsini nəzərdə tutmadığı üçün prezidentin sərəncamının da fərqli olacağını düşünmür, indeksasiyasının 3 faiz ətrafında olacağını gözləyir.

İqtisadi təhlilçi Toğrul Vəliyev isə deyir ki, indeksləşdirməni orta aylıq əmək haqqı tempinə uyğunlaşdırmaq doğru addım deyil:

“İndeksasiya heç bir halda kiminsə gəlirinə bağlı olmamalıdır. Orta əmək haqqı nə deməkdir? Hansısa işləyən şəxslərin orta əmək haqqı səviyyəsidir, yəni 1.7 milyon adam işləyir, onların orta əmək haqqıdır. Pensiyaların buna bağlanması ümumiyyətlə mənasızdır, çünki bağlılığı yoxdur bir birinə. Biri əmək haqqıdır, biri pensiya. Əgər eyni səviyyədə olsaydı başqa məsələ”.

Amma hökumətin pensiyaçılarla bağlı yeganə dəstəyi indeksasiya deyil. Yanvarın 1-dən pensiyasının minimum həddi 200 manatdan 240 manata çatdırılıb. Digəlki müstəqil təhlilçilərin çoxu bunun da az olduğunu, xüsusilə də pandemiyadan sonrakı inflyasiya dövründə pensiyaçıların social müdafiəsinin daha çox güclənməsinə ehtiyac olduğunu deyirlər.

XS
SM
MD
LG