Yanvarın 22-i gündüz saatlarında Azərbaycan hərbçiləri Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Hadisə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verib.
Müdafiə Nazirlyi mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vaxtında aşkar olunaraq atəşlə məhv edilib.