Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

Hüquq müdafiəçisi: Ombudsman deyirsə ki,...


Aryu Abdullayeva
Aryu Abdullayeva

“Mən bu məsələdə münasibətimi iki hissəyə ayırıram. Bunun biri ombudsman Elmira Süleymanovanın özünə, digəri isə ölkədəki insan haqlarının vəziyyətinə aiddir”.

Hüquq müdaifəçisi Arzu Abdullayeva bunu Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında E.Süeymanovaının çıxışı ilə bağlı deyib.

A.Abdullayeva bildirib ki, bir insan kimi ombudsmanla yaxşı münasibətləri var. Ölkənin sadə vətəndşalarının hansısa problemi ilə bağlı müraciət edildikdə, istər özü, istərsə də Aparatı buna biganə yanaşmır:

“Amma ölkədə siyasi hüquqlara, vətəndş azadlıqlana gəlincə vəziyyət olduqca pisdir. Əgər, ombudsman deyirsə ki, dövlət qurumlarında insan hüquaları təmin edilir, bu reallıqada görünmür. Çünki, hüquqların gerçəklikdə təminatı yoxdur. Başqa tərəfdən ombudsmanın bu məsələdə səlahiyyəti varsa bu gerçəklikdə görünmür”.

A.Abdullayevanın fikrincə, bu barədə danışan hüquq müdafiəçiləri heç də ölkəyə düşmən münasibət bəsləmirlər:

“Biz istəyirik ki, bütün vətəndşalrın hüquqları təmin edilsin. Onlara qarşı haqsızlıq olmasın, insnalıq dəyərləri dəyərdən düşməsin... İndiki halda isə bu sahədə vəziyyət çox pisdir”.

***

Ombudsman: 'Ölkədə insan hüquqları təmin edilir'

Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013
Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013

“Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur”.
İnsan hüquq­ları üzrə müvəkkil E­lmira Süleymanova bunu iyunun 20-də Bakıda keçirilən “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu”
mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib.

Buna da bax:Avropa Azərbaycandakı insan haqlarından narahat qalır

“Report”un xəbərinə görə E.Süleymanova vurğulayıb ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb:

“Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır”.

E.Süleymanova deyib ki, Azərbaycan ombudsmanı ölkənin hər bir vətəndaşının hüquqlarının pozulmasının qarşısının alınması sahəsində bütün işləri görür.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb.

Ancaq bu qurumun fəliyyəti ilə bağlı ölkədə birmanalı münasibət yoxdur. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu Aparat insan hüquqlarının müdafiəsindən çox hakimiyyətin siyasətini müdafiə edir.

Onlar xüsusilə də vurğulayırlar ki, bir çox şikayətlərin olmasına baxmayaraq Azərbaycanda Ombudsman Aparatı bir dəfə belə olsun təcridxana və həbsxanalarda işgəncə halının mövcud olduğunu təsdiq etməyib.

Yerli hüquq müdafiəçilərinin bəzilərinin fikirlərinə görə, bu Apart həmçinin ölkədə siyasi məhbus hesab edilən şəxsləri də lazımı qədər müdafiə edə bilmir. Hərçənd, Ombudsman Aparatının rəsmiləri tənqidləri əsassız sayırlar.

Üstəlik, rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG