Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

'Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər'


Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin

Azərbaycan mediası Qarabağda hərbi əməliyyatların yenidən başlama ehtimalından, insanların günü-gündən müflisləşməsi səbəblərindən, gələn il Azərbaycanın xarici ölkələrdə keçirəcəyi tanıtım sərgilərindən yazır.

Modern.az yazır ki, bu ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan uzun müddət sonra cəbhədə yenidən canlanma hiss olunur.

Sayt bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Orucla müzakirə edib. Deputat deyir ki, cəbhə xəttində yenidə hava hücumuları başlasa münaqişə regiondan çıxacaq:

“Artıq Ermənistanın hansısa cəhdlərlə vəziyyəti apreldən qabaqkı formaya gətirməsi mümkünsüzdür. Onlar bunu bilirlər. Son aylar Türkiyə-Azərbaycan birgə hava təlimlərinin genişlənməsi də sübut edir ki, əgər Qarabağdakı hərbi əməliyyatlar hava hücumu səviyyəsinə qalxsa, münaqişə Azərbaycan-Ermənistan məcrasından çıxaraq region və digər super güclərin səviyyəsinə keçəcək”.

Zahid Oruc hesab edir ki, nəticədə Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər:

“Amma Azərbaycanda bu gün bunda maraqlı deyil. Əgər regionda belə bir iri miqyaslı hərbi əməliyyatlar başlasa bu artıq bizim yox, böyük güclərin müharibəsi olacaq. Nəticədə isə bu müharibədə nə Azərbaycan və nə də Ermənistan qalib gələcək. Bu ancaq hər iki tərəf üçün məğlubiyyət olacaq”.

Biləsuvar rayonunda yol
Biləsuvar rayonunda yol

“Biz niyə müflisləşdik”

Azadlıqinfo.az yayımladığı “Biz niyə müflisləşdik” adlı məqaləsində Azərbaycanın üzləşdiyi maliyyə-iqtisadi problemlər araşdırılır. Məqalə müəllifi yazır ki, bir vaxtlar “neftin göz çıxaran zamanları” vardı.

“Hökumətimiz dil-boğaza qoymadan öyünür, analoqsuz inkişafdan, regionun lider dövləti kimi aləmə meydan oxumaqdan danışırdı. Arada dodaq qaçıran ifadələr də eşidirdik hələ. Deyirdilər, inkişafımızı bəzi dünya ölkələrinin gözləri götürmür”, məqalədə deyilir.

Müəllif yazır ki, neft gəlirlərindən ölkə əhalisifayda götürmədi:

“Gözdən pərdə asmaq üçün xərclənən pullar da yaradıcılıqdan çox, dağıdıcılığa israf olunub getdi. Necə? Necəsini hamınız bilirsiniz. O qədim binaları, abidələri söküb yerində yenilərini tikmək, şəhəri gərəksiz körpülərlə, şüşə göydələnlərlə, əcnəbi ağaclarla doldurmaq nəyimizə lazım idi ki?..”

Azərbaycan gələn il xarici ölkələrdə 5 sərgi keçirəcək

Fins.az yazır ki, İqtisadiyyat Nazirliyi gələn il xarici ölkələrdə keçirilən sərgilərin və ixracaatçıların sayını müəyyən edib.

Bakıda bal sərgisi
Bakıda bal sərgisi

Saytın məlumatına görə, nazirlik “Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi üçün silsilə sərgi və yarmarkalar keçirmək niyyətindədir:

“2017-ci il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq sərgisində maksimum 30 şirkət, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab sərgisində 15 şirkət, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq sərgisində 50 şirkət, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq sərgisində 30 şirkət, noyabrın 10-dan 12-dək Honqkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində 20 şirkət iştirak edəcək”.

Ancaq nazirlik iştirak edəcək şirkətləri müsabiqə yolu ilə seçəcək.

“Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır”

Report.az Bakıda yaşayan lüteranlar icmasından reportaj hazırlayıb.

Eyni sərlövhəli məqalədə deyilir ki, 1939-cu ildə Azərbaycanda 13 133 nəfər alman yaşayıb:

"1989-cu ilin siyahıyaalınmasına görə, onlardan cəmi 748 nəfəri qalıb. Bunun da 134-ü Bakıda yaşayırdı. Hazırda isə ölkədə 500 nəfər qarışıq nikahların törəməsi olan almanlar yaşayır".

Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının rəhbəri Vera Viktorovna Nesterevo deyib ki, Bakıda lüteran dini icması 1994-cü ildə yaradılıb və dövlət qeydiyyatından keçib:

“Azərbaycandakı 500 alman əsilli vətəndaşların yüzdən çoxu icmamızın üzvüdür”.

Məqalədə deyilir ki, lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqi Zalı kimi fəaliyyət göstərir:

“Həftədə bir dəfə öz kilsəmizdə bir-iki saat ibadət etmək üçün 20 manat ödəməyimizdən narahatıq. Üzvlərimizin çoxu yaşlı insanlar olduğundan məbləği toplamaqda çətinlik çəkirik. 20 il bundan əvvəl Almaniya səfirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə var idi və ibadət üçün ildə cəmi 1 ABŞ dolları ödəyirdik. Bu da simvolik bir məbləğ idi. Amma daha sonra məbləğ 20 manata yüksəldi. Biz sponsorlar axtarıb tapırıq və onlar bizə kömək edirlər", - deyə Vera xanım deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG