Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

'Morqda qalan ölü üçün 24 saata 50 manat ödənməlidir'


Foto: arxiv
Foto: arxiv

Azərbaycan mediası bu gün morqda qalan ölüyə görə alınan puldan, cinayət işində yoxa çıxan nazir ifadələrindən və Bərdədə it döyüşdürlməsi kimi məsələlərdən yazır.

Bunu “Bizim Yol” qəzetinə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev deyib.

“Əgər vəfat edən öz vətəndaşımızdısa bu morqda çox saxlanılırsa, ölünün yiyəsindən pul alınır.Eyni zamanda küçədən ölü şəkildə tapılan və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən xarici vətəndaşlardan da morqda qalan ölü üçün 24 saatına 50 manat pul alınır. Amma vəfat edən şəxs xarici vətəndaş olduqda və bu barədə həmin ölkənin səfirliyi müraciət etdikdə çalışırıq ödəniş almayaq.”

Buna da bax: MTN "işi"nin bir ucu Rabitə Nazirliyinə gedir

Sabiq nazirlərin ifadəsi niyə yoxa çıxıb?

“Azadlıq”.info saytı yazır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur.

“Əli Abbasov həmin cinayət işi üzrə istintaq zamanı bir neçə dəfə dindirilsə də, onun ifadəsi ittihama salınmayıb. Məhkəməyə çağırılacaq şahidlərin siyahısında da Əli Abbasovun adı yoxdur. Bundan əlavə, Əli Abbasov barəsində cinayət işinin başlanması barədə xəbərlər də həqiqəti əks etdirmir. Həm sabiq nazir özü, həm də vəkili Kamandar Nəsibov bu barədə yazılanları təkzib edib”.

Hüquqşünas Müzəffər Baxışov sayta bildirib ki, cinayət işini aparmaq, ifadə almaq Cinayyət Prosesual Məcəlləsi ilə istintaqı aparan orqana verilib. Qanunla həmin orqan müəyyən edir ki, kimi cinayət işinə cəlb edib, onun ifadəsini alsın. Daha sonra şahid qismində alınan ifadələrdən hansının məhkəməyə çıxarılması da bu orqana məxsus səlahiyyətdir: «Amma Azərbaycan reallığı tam başqa cürdür. Əgər Azərbaycanda bir nəfərə filan ittihamın verilməsi göstərişi verilirsə, sübut olmaynda belə bu ittiham verilir. Digər bir məsələdə var. O da ola bilər ki, istintaqı aparan orqan Əli Abbasovu, Eldar Mahmudovu şahid qismində dindirsin. Amma ittiham aktını tərtib edəndə ittihamı təsdiq edən faktlar olmadığına görə məhkəmə dindirilən şahidlərin siyahısına onların adını salmasın. Bunu da prokurorluqda müəyyən edirlər”.

Azərbaycan, İmişli rayonu
Azərbaycan, İmişli rayonu

“Ağ qızıl” ağ günlərin təminatşısıdır

“Azərbaycan” qəzeti yazır ki, prezident İlham Əliyevin pambıqçılığın yenidən inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirlər əvvəllər bu sahə ilı məşğul olanları daha çox sevindirir.

Qəzet yazır ki, Goranboy rayonunun Faxralı kəndinin 90 yaşlı sakini, Lenin ordenli pambıq ustası Şəmil Əhmədov da bu fikirdədir. 7 övlad atası olan Şəmil Əhmədov 1940-cı ildən pambıq briqadiri işləyib:

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

“Şəmil Əhmədov yaşının bu çağında yenə də pambıq tarlasına çıxır. Elə oğlu Firdovsini də pambıq əkməyə o məcbur edib. Eşidəndə ki, ölkədə pambıqçılığın yenidən dirçəldilməsinə dövlət qayğısı göstərilir, onda oğlunu yanına çağırıb onu pambıq əkməyə məcbur etdi. Öğlu bir qədər tərəddüd etsə də, Şəmil kişi inadından dönmədi və istəyinə nail oldu. Səpindən tutmuş məhsul yetişənədək ona məsləhətlər verdi. İndi həmin sahələr ağ örpəyə bürünüb. İki dəfə yığım aparılıb. Hazırda kombaynla üçüncü yığıma hazırlıq görülür. 3-cü yığım da başa çatdırılsa, təxminən hektardan 30 sentnerdən çox məhsul əldə olunacaq”.

Qəzet yazır ki, bu il Goranboyun 37 kəndində 2 min hektar pambıq əkilib:

“Bu il rayon pambıqçıları 40 min ton məhsul uğrunda mübarizə aparırlar. Ancaq əldə olunan göstəricilər onu deməyə əsas verir ki, bu rəqəm xeyli çox olacaq. Pambıqçılar gələn il 5000 hektarda pambıq əkməyi nəzərdə tutmuşlar".

Goranboyda insanlar hər gün səhər tezdən sahələrə çıxır, yetişdirilmiş məhsulu vaxtında və itkisiz toplamaq üçün var qüvvələrini əsirgəmirlər”.

Bərdədə it döyüşü həvəskarları toplaşıb

Əfqanıstan, it döyüşü
Əfqanıstan, it döyüşü

Bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olanlarməlumat verib.

Məlumatda deyilir ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur.

Buna da bax: Əfqanıstanda it döyüşü

Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar. Döyüşlərdə ölkənin müxtəlif bölgələrindən gətirilmiş 28 cins it iştirak edir.

Sayt yazır: “it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir. Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG