Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

'Heydər Əliyev dedi ki, guya, sən inciyib getmisən'


Eldar Həsənov
Eldar Həsənov

Modern.az saytı Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun müsahibəsini yayımlayıb.

Əslən Qarabağdan olan, ölkənin keçmiş baş prokurorumüsahibəsində Qarabağ müharibəsindən, uşaqlığından, vəzifəsindən getməsindən danışıb:

“Zaman, tarix elə gətirdi ki, Baş Prokurorluqda vəzifəmi icra etməyimin müddəti bitdi və qanuna uyğun şəkildə mən artıq prokurorluqdan ayrılıb, elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Universitetdə dərs deməklə yanaşı, həm də “Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə” ilə bağlı doktorluq işimi müdafiə etdim. Elə bu ərəfədə BMT-dən təklif aldım. Ulu öndər Heydər Əliyevin də xeyir-duasını və məsləhətlərini alıb təşkilatın Cenevrə ofisində - Narkotklər, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirmə ofisinin rəhbəri kimi çalışmağa başladım”.

Eldar Həsənov deyib ki, fəaliyyətə başlayandan 7 ay sonra, ona zəng edib prezidentlə danışacaqlarını bildiriblər və Heydər Əliyev onu qəbuluna çağırıb. Səfir mərhum prezidentlə söhbətini xatırladıb:

Heydər Əliyev
Heydər Əliyev

“O mənə dedi: “Eldar, bu ağzıgöyçəklər boş-boş cəfəngiyyatlar yazırlar ki, guya, sən inciyib narazı getmisən.Sən özün də “Azadlıq” qəzetinə müsahibə verib dürüst fikrini söyləmisən. Əslində hakimiyyət üçün də, işdən çıxan üçün də, tənbeh olunan üçün də dərs verdin ki, əqidə satılmır, alınmır, kürsüylə ölçülmür”.

Eldar Həsənov bu söhbətdən sonraRuminiyaya səfir göndərildiyini deyib.

İlham Əliyev: “Uşaqlarımın siyasəti seçmələri onların özlərindən asılıdır”

Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul etmişdi.

Azvision. az saytı həmin görüşdə Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Eriksonla prezidentin etdiyi söhbəti yayıb.

Prezident uşaqlarının siyasəti seçib-seçməyəcəkləri ilə bağlı sualının cavabında deyib:

Əliyevlər ailəsi, Heydər Əliyev, Arzu və Leyla Əliyeva
Əliyevlər ailəsi, Heydər Əliyev, Arzu və Leyla Əliyeva

İlham Əliyev oğlunun tələbə olduğunu söyləyib:

“Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq”.

Buna da bax: Xaricdə təhsil dövlət proqramı: bakalavr olsun, olmasın?

Azərbaycanlı tələbələr təhsil üçün Avropaya gedirlər

2015-2016-cı tədris ilinin əvvəlində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə ən çox tələbə Türkiyə (907), Böyük Britaniya (621), Almaniya (316), Rusiya (247), Kanada (195), Niderlandda (139) təhsil alıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan tədris ilində əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 3 minə yaxın olub. Onlardan 320-si MDB, 2678 nəfəri digər ölkələrin payına düşür.

Amerika, Harvard Universiteti
Amerika, Harvard Universiteti

Bundan başqa, tələbələr Belarusda 36, İsveçrədə 82, Ukraynda 37, ABŞ-da 57, Avstriyada 29, Avstraliyada 72, Çində 39, Fransada 54, Çexiyada 19 və s. ölkələrdə təhsil alıb.

Azərbaycanlı tələbələrin ən az təhsil aldığı yerlər Latviya (1), Rumıniya (1), Estoniya (3), Norveç (2), Finlandiya (3) kimi ölkələr olub.

Bakıda təkər fırıldaqçılığı: köhnəni yeniləyib təzə adı ilə satırlar”

“Bakıda köhnə təkərləri müxtəlif yollarla yeniləyib, satan dəstə peyda olub. Bakının avtomobil ehtiyyat hissələri satılan bazarlarında, eləcə də Babək prospektində yerləşən maşın bazarında bu kimi hallara rast gəlmək mümkündür”.

Buna da bax: Baghlan – Məmmədovları bağlayan nəqliyyat biznesi​

“Yeni Müsavat” qəzeti “Bakıda təkər fırıldaqçılığı: köhnəni yeniləyib təzə adı ilə satırlar” adlı reportajında aldığı aldığı bu məlumatın izinə düşdüyünü bildirir. Müəllif yazır ki, “Maşın bazarı”nın təkər satışı olan hissəsində bir çox satıcılar hadisədən xəbərdar olduqlarını bildiriblər:

Foto: arxiv
Foto: arxiv

“Onların sözlərinə görə, bu hal normal təkər satışı ilə məşğul olan satıcıları da narahat edir.

Təkər alverçisi İmamverdi Qasımovun sözülərinə görə, sözügedən fırıldaqçılıq üsulu bir neçə aydır ki, davam edir: “Ötən ay bununla bağlı bazarda söz-söhbət olmuşdu. Bir nəfər cavan uşaq idi. Görünür, o qədər də başı çıxmayıb, ona görə də rahat aldada biliblər. Çünki bir az bu barədə anlayışı olan adam baxan kimi köhnə və ya yeni təkəri bir-birindən ayıra bilir. Nə qədər yenilənsə də, nazilmiş rezin qatı yenidən dərinləşdirilib, boyansa da, bunu bilmək mümkündür. Görünür, qiymət fərqinin çox olması, bu təkərlərin ucuz qiymətə satılması müştərini şirnikləndirib. İrəli düşmək istəyib, amma bilmir ki, belə təkərlər olduqca təhlükəlidir”.

Reportajda vurğulanır ki, belə işbazlardan qorunmağın yolu çox sadədir: “Avtomobilə təkər alarkən son dərəcə ehtiyatlı olmaq, mütəxəssislərin fikirlərindən yararlanmaq lazımdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG