Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:35

Azərbaycanın medallarının sayı 20-yə çatıb


İkinci Avropa oyunlar, Minsk 16 iyun 2019

İyunun 28-də günün sonlarına yaxın Azərbaycan II Avropa Oyunlarında daha bir medal əldə edib. Azərbaycan güləşçisi Elmira Qəmbərova finalda Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.

62 kiloqram çəki dərəcəsində yarışan E.Qəmbərova həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

İyunun 28-nə olan məlumata görə, II Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

II Avropa Oyunları iyunun 21-də başlayıb. Belarus paytaxtı Minskdə keirilən və iyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı.Onlar idmanın 11 növünü təmsil edirdilər.

Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG