Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

İran tərəfdən Azərbaycan sərhəddini keçməyə cəhd olub, ölən var…


Azərbaycan- İran sərhəddi, DSX rəisi Elçin Quliyev hadisə yerində, 10 mart 2019
Azərbaycan- İran sərhəddi, DSX rəisi Elçin Quliyev hadisə yerində, 10 mart 2019

Bu gün, martın 10-da saat 06:50 radələrində Azərbaycan İran sərhədində atışma olub. Bir Azərbaycan hərbçisi ölüb, biri də yaralanıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib:

“Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Azərbaycan dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib”

Məlumatda vurğulanır ki, baş vermiş atışma zamanı sərhəd naryadının başçısı sinəsindən güllə yaraları alıb. Sərhəd naryadının bir üzvünün isə əlindən yaralandığı qeyd edilir.

DSX bildirir ki, hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, naryadın başçısını xilas etmək mümkün olmayıb:

“Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar.”
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və başqa vəzifəli şəxslərin əraziyə gəlib, hadisə yerinə baxış keçirdikləri, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verdikləri bildirilir.

“Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşmüş və baş sağlığı vermişlər…. Kiçik çavuş Saxavət Məmmədov (ölümündən sonra) və əsgər Vidadi Cəbrayılov xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılmışdır”, açıqlamada yazılıb.

XS
SM
MD
LG