Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:20

Azərbaycanlılar həmrəylik gününü qeyd edir


Astara, Sovet-İran sərhəddində aksiya, yanvar 1990
Astara, Sovet-İran sərhəddində aksiya, yanvar 1990

Bu tarix 1992-ci ildə bayramlar sırasına daxil edilib.

«Berlin divarları»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt o taylı bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı.

Buna da bax: Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [Video]

Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi.

Bayramın mahiyyəti bütün dünyaya səpələnən , amma təşkilatlana bilməyən azərbaycanlılar arasında həmrəylik yaratmaq və onları təşkilatlandırmaqdır.

Statistik rəqəmlərə görə, azərbaycanlılar dünyanın 70-dən çox ölkəsində məskunlaşıblar.

Buna da bax: SSRİ ilə İran sərhədi belə pozulmuşdu...

1988-1991-ci illərdə baş vermiş milli hərəkat zamanı 1989-cu illərdə SSRİ ilə İran arasındakı sərhədlər dağıdılarkən hər iki tərəfdən azərbaycanlıar bir-birilə görüşdülər və 1992-ci ildə AXC hökuməti bu günü Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi rəsmiləşdirdi.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 23 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG