Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

Sovet-İran sərhədi dağıdılarkən: Tarixi videolar [Video]


Arxiv foto. Sovet-İran sərhədində azərbaycanlıların aksiyalarından biri, Astara, 1990-cı il, yanvar.

Arxiv foto. Sovet-İran sərhədində azərbaycanlıların aksiyalarından biri, Astara, 1990-cı il, yanvar.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub. İranla o zamankı Sovet Azərbaycanı arasında sərhədlərin sökülməsini əks etdirən videolar.

-
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub.

«Berlin Divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt o taylı bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı.

1992-ci ildə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.

Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

İranla o zamankı Sovet Azərbaycanı arasında sərhədlərin sökülməsini əks etdirən videolar:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG