Dekabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursus keçəcək.
Ekologiya və Təbii Sərvətlər NazirliyiHidrometeorologiya Departamentinin xəbərinə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənir.
Azərbaycanın bölgələrində əsasən, yağmursuz hava olacaq. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənir.