Dekabrın 12-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Gecə 3-6 dərəcə isti, gündüz 9-14 isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.
Dekabrın 12-də ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.