Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb


Azərbaycan-Gürcüstan sərhədi (Arxiv)
Azərbaycan-Gürcüstan sərhədi (Arxiv)

Bu gün, avqustun 12-si səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb.

Bu barədə Azadlıq Radiosuna “Sınıq körpü” keçid məntəqəsindəki Azərbaycan vətəndaşları məlumat veriblər.

Şikayətçilərin bildirməsinə görə, istirahət günləri Gürcüstana gedənlərin sayı çoxalıb. Onların deməsinə görə, sərhəddə əsassız süründürməçilik belə uzun növbələrə səbəb olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbut xidməti də məlumat yayıb. Məlumatda artıq, sıxlıqın tam aradan qaldırıldığı bildirilir.

Buna da bax: Gömrük Komitəsi 7 aya büdcəyə 1.4 milyard köçürüb

“Bu gün (avqustun 12-si) səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin aidiyyati qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb”

Məlumatda vurğulanır ki, hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.

Buna da bax: 'New Yorker', 'Next', 'Mango'... brendlərini Azərbaycanda kim təmsil edir?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG