Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:45

Gömrük Komitəsi 7 aya büdcəyə 1.4 milyard köçürüb


Arxiv fotosu

2017-ci ilin iyulunda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə ayırmalar 256,610 mln. manat olub.

Komitənin məlumatına görə, bu göstərici ötən ilin eyni dövründən 69,820 mln. manat və ya 37,4 faiz çoxdur.

Buna da bax:​ İşadamı: 'Gömrükçülər kərpic biznesimizin axırına çıxdı'

İyulda büdcəyə 61,275 mln. manat gömrük rüsumu, 184,466 mln. manat əlavə dəyər vergisi (ƏDV), 8,064 mln. manat aksiz vergisi və 2,803 mln. manat yol vergisi ödənilib.

İlk 7 ayda Dövlət Gömrük Komitəsi büdcəyə 1 mlrd. 427,833 mln. manat köçürüb.

2017-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə ayırmalar üzrə proqnoz 2 mlrd. 250 mln. manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG