Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:57

Göygöldə heyvanların və quşların sayı artıb


Azərbaycan, Göygöl

Göygöl Milli Parkında mühafizə tədbirlərinin gücləndirilməsi, təbiətə yad təsirlərin aradan qaldırılması ərazidə qida bolluğu yaradıb. Bu da müxtəlif heyvan və quş növlərinin sayında artıma səbəb olub.

Bu haqda AzərTAC-a Göygöl Milli Parkının elmi işçisi Fuad Quliyev məlumat verib.

Fuad Quliyev deyib ki, yüksəklik fərqi dəniz səviyyəsindən 1100-3724 metr arasında dəyişən milli park ərazisində yalnız bitki nümunələri deyil, həm də fauna növləri mühafizə olunur. Bunlar Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi, qonur ayı, canavar, tülkü, vaşaq, meşə pişiyi, porsuq, samur, dovşan, dələ, göllərdə qırmızı xallı balıq, eləcə də Xəzər uları, tetra, qara kərkəs, kəklik kimi quşlardır.

Azərbaycan, Göygöl
Azərbaycan, Göygöl

Göygöl Milli Parkında 80-i nadir ağac və kol bitkisi olmaqla 423 adda flora növü qorunur. Milli Parkda tibbi əhəmiyyətli zəli və 100 adda dərman bitkisi də mühafizə edilir.

Azərbaycanda ilk dəfə 1925-ci ildə təbiəti mühafizə zonası olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. 2008-ci ildən Göygöl Milli Parkı təşkil edilib, parkın ərazisi 6 min 739 hektardan 12 min 755 hektara qədər genişləndirilib.

Multimedia

XS
SM
MD
LG