Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Azərbaycan əsgəri həlak olub


Foto:arxiv

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fikrət Bəşirov həlak olub.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Qarabağda Ermənistan tərəfinin atəşkəsi pozmasına qarşı atılan cavab tədbirləri zamanı baş verib.

Müdafiə naziri Zakir Həsənovun əmrilə, F.Bəşirov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

İnsidentin cəbhənin hansı istiqamətində və nə vaxt baş verdiyi açıqlanmır.

Şərhlər (2)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG