Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:29

Ermənistan sərhəd toqquşmasında 3 əsgərini itirdiyini deyir


Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi

Bir Azərbaycan əsgərinin yaralandığı bildirilir

Sentyabrın 28-də Ermənistan və Azərbaycan qüvvələri arasında yeni toqquşmalarda 3 erməni hərbçisinin öldürüldüyü bildirilir. Tərəflər bir-birini sərhəd boyunca birinci atəş açmaqda ittiham edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, “Azərbaycan qüvvələri Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində minaatanlardan və iriçaplı silahlardan atəş açıblar”. Nəticədə üç əsgər həlak olub.

Beynəlxalq missiya

Baş nazir Nikol Paşinyan tvitində yazıb ki, əsgərlər “Ermənistanın müstəqilliyi, suverenliyi və demokratiyasına hücumda” öldürülüb.


“Azərbaycan qüvvələrinin geri çəkilməsi və Azərbaycanın işğalına məruz qalan Ermənistan əraziləri və sərhəd ərazilərə beynəlxalq missiya yerləşdirilməsi mütləq zərurətdir”, – o yazıb.

Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyanın sözlərinə görə, atışma başlayandan sonra Ermənistan tərəf cavab tədbirləri görüb.

Azərbaycan Ermənistanı ittiham edir

Azərbaycanın Müdafiə Nazirliyi isə Ermənistanı atəşkəsi pozmaqda ittiham edib. Bir Azərbaycan əsgərinin yaralandığı bildirilir.

Müdafiə Nazirliyi insidentə görə bütün məsuliyyətin Ermənistan hərbi və siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edir.

Məlumata görə, atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri yerli vaxtla axşam saat 6-da Kəlbəcər rayonundakı Azərbaycan hərbi mövqelərini müxtəlif odlu silahlardan atəşə tutublar.

Sentyabrın 12-13-də sərhəd toqquşmalarında Azərbaycan 80-ə yaxın, Ermənistan 200-dən çox hərbçisinin öldürüldüyünü bildirib. Sentyabrın 14-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunub.

Vasitəçilik cəhdləri

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq tərəflər arasında sülh sazişi imzalanmayıb.

Moskva getdikcə Ukraynanın işğalına görə təcrid olunduğu bir dönəmdə ABŞ və Avropa Birliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün vasitəçilik prosesində fəallaşır.

Ötən həftə iki ölkənin xarici işlər nazirləri Nyu Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəlib.

Brüsselin vasitəçiliyi ilə avqustun 31-də Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilıən görüşdə isə sülh sazişi üzrə “müzakirələri irəli aparmaq”la bağlı razılığa gəlinib.

1990-cı illərin əvvəllərində Ermənistanın dəstəklədiyi separatçılar Qarabağ regionu və ətraf 7 rayonu işğal ediblər. Həmin müharibədə 30 minədək insanın həlak olduğu bildirilir.

XS
SM
MD
LG