Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:44

Azərbaycanlıların 21 faizi NATO-nu özü üçün müdafiə qurumu sayır


Azərbaycan prezident İlham Əliyev və NATO baş katibi Anders Fogh Rasmussen,Brüssel, 15 yanvar 2014
Azərbaycan prezident İlham Əliyev və NATO baş katibi Anders Fogh Rasmussen,Brüssel, 15 yanvar 2014

Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını (NATO) özləri üçün müdafiə təşkilatı hesab edir.“Report” bu xəbəri Amerikanın “Gallup” şirkətinin sorğusuna istinadən yayıb.

Xəbərə görə, sorğu 2016-cı ildə telefon vasitəsilə aparılıb, sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib.

Sorğunun nəticələrinə görə, rusların 67 faizi NATO-nu özləri üçün təhlükə sayır, yalnız 3 faizi ona müdafiə təşkilatı kimi baxır.

Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.

NATO 1949-cu il aprelin 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaqdır, hazırda 28 üzvü var.

NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.

Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır.

Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub,1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.

Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG