Bu günki AzadlıqLive-da:
Nardaranda əməliyyat. Kəndin Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov deyir: "Deyirlər ki, işığa borcunuz var, telefona, internetə ki, yoxdur".
Nardaran hadisələrinin səbəbi və ya məqsədi nədir? Müsavat partiyasının eks-başqanı İsa Qəmbər deyir: " Elə bil ki, qəsdən bunu həm ölkə ictimaiyyətinə, həm də dünya ölkələrinə nümayiş etdirmək istəyirlər ki, baxın, burda islamçılıq çox güclüdür, əgər Əliyev rejimi sərt avtoritar idarəetmədən imtina etsə, demokratiyaya, azadlıqlara imkan versə, bütün Azərbaycanda bu vəziyyət yaranacaq, dini ideologiyaya söykənən bir hakimiyyət formalaşacaq. Bu da rejimin maraqlarından irəli gələn yanaşmadır."
Kabel televiziyası: "Mən niyə rus təbliğatına baxmalıyam, həm də pul ödəmliyəm?" və ya o biri ölkələrin kanalları niyə kabel televiziyaıarında yoxdur? Politoloq Elxan Şahinoğlu
Filosof Niyazi Mehdi:
Terrorçular vətəndaşlıqdan məhrum ediləcək
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanuna dəyişiklik ediləcək.
Zuckerberg xeyriyyəyə 45 milyard verir
Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini “xeyirli işlərə” vermək qərarına gəliblər.
Onlar bu xeyirxah addım barədə xəbəri, qızları Max-ın dünyaya gəlməsi xəbəri ilə birlikdə açıqlayıblar.
Cənab Zuckerberg bu niyyəti barədə özünün Facebook səhifəsində yenicə doğulmuş qızına yazdığı geniş məktubda bildirib.Məktubda qeyd olunduğuna görə, onlar pullarını Chan Zuckerberg Initiative xeyriyyəsinə ona görə verirlər ki, Max böyüyəndə daha yaxşı bir dünyada yaşaya bilsin.
«Microsoft» şirkəti «PowerApps» adlı yeni xidmətini təqdim edib
Xidmət biznes istifadəçilərinə kodlaşdırma olmadan, asanlıqla mobil və ya veb proqram yaratmağa imkan verir.
İstifadəçilər «PowerApps»ın köməyi ilə «Office 365», «Salesforce», «Dropbox» və digər bulud xidmətlərindəki fayllarına daxil ola və bu məlumatdan istifadə edərək applikasiya (App) yarada bilərlər.
Məsələn, «Salesforce»dan işçilərin məhsuldarlığını izləmək üçün istifadə edirsənsə, buradakı məlumatlara əsasən avtomatik izləyə biləcəyin proqram yarada bilərsən.