Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin


manat
14:45 4.12.2015

Davutoğlu: "cümə namazlarımız Qarabağda qılaq"

Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Ahmet Davutoğlu “Hacı Əjdərbəy”(Göy Məscid) məscidində cümə namazı qılıb. Baş nazir məsciddə çıxış edib. O, yeni hökumətin baş naziri kimi ilk səfərini Azərbaycana etdiyini bildirib: “Artıq bizdə adətə çevrilib. Dövlət rəhbərliyi olaraq, ilk səfərlərimizi Azərbaycana edirik. Arzu edirəm ki, növbəti illərdə cümələrimizi Qarabağda qılaq. Daim birlikdə olaq”.
"Musavat.com"-un məlumatına görə, məsciddə namaz qılanlar Türkiyənin baş nazirini alqışlayıblar. Davudoğlu ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də cümə namazı qılıb.

14:08 4.12.2015

İŞİD, İD, YOXSA DAESH?

«The Independent» yazır ki, Dauninq-strit David Cameron və nazirlərin «İslam Dövləti» silahlı qruplaşmasını «Daesh» adlandıracaqlarını elan edib. Dekabrın 2-də Britaniya parlamentində Suriyadakı koalisiyaya qoşulmaq məsələsi müzakirə olunduğu bir vaxtda həm də İŞİD-i necə çağırmaq məsələsi dartışılırdı.

13:44 4.12.2015

Facebook-da 2 yenilik

Dekabrın 3-də «Facebook» iki yeniliyini-canlı yayım və kollaj funksiyasını elan edib.

Canlı yayım özəlliyi əvvəllər hesabı təsdiqlənmiş məşhurlar üçün aktiv idi. Artıq «Facebook» bu xidməti bütün istifadəçilərə çatımlı edir.

Canlı yayım indi ABŞ-da bir qrup «iPhone» istifadəçilərində test edilir.

Xidmət istifadəçilərə imkan verir ki, özlərinin müəyyən anlarını dostlarıyla, yaxınlarıyla canlı şəkildə paylaşsın.

Canlı yayıma başlamaq üçün status yeniləmə bölməsindən «canlı video» ikonunu seçmək lazımdır. İstifadəçi yayıma başlamazdan öncə başlıq yaza, auditoriyanı seçə bilər. Canlı yayımı izləyənlər şərhlər də yaza bilərlər. Yayım bitdikdən sonra video istifadəçinin lövhəsində saxlanır.

«Facebook» canlı yayımla yanaşı, kollaj özəlliyini də istifadəyə verib. İstifadəçi bir neçə fotonu seçib kollaj yarada bilər. Adi fotolar kimi, kollajları paylaşmazdan öncə də başlıqlar yazmaq olar. Özəllik indi «iPhone» istifadəçiləri üçün aktivdir. Yeni ildən kollajdan «Android» istifadəçiləri də yararlana biləcəklər.

13:23 4.12.2015

"Nardaranda işıq da, qaz da olacaq"

«Azəriqaz» və «Azərişıq» əməkdaşları Nardarandadır. Onlar sakinlərin qaz və elektrik enerjisi təminatında yaranan problemlərlə maraqlanırlar.

Bu haqda AzadlıqRadiosuna kənd sakini Natiq Kərimov deyib: «Qaz borularını «svarkalayırlar», sayğaclara baxır, kartları yoxlayırlar. Deyiblər ki, bizə qaz da, işıq da verəcəklər».

Ancaq nə vaxt?

Davamı

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG