Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

80-dən çox ölkədə spesifik bir dinə üstünlük verilir. Bu ya rəsmi, hökumət səviyyəsində edilir, yaxud da digər inanclara nisbətən bir dinə üstün yanaşma sərgilənir. Bunu «Pew» tədqiqat mərkəzi 199 ölkə və əraziylə bağlı məlumatları araşdıraraq üzə çıxarıb.

Araşdırmada vurğulanır ki, islam dini hökumətlərin ən çox rəsmiləşdirdiyi dindir, 27 ölkədə dövlət dinidir. Bu ölkələrin çoxu Yaxın Şərq-Şimali Afrika regionunda yerləşir. Müqayisə üçün, 9-u Avropa ölkəsi olmaqla, cəmi 13 ölkədə xristianlıq, yaxud onun konkret bir konfessiyası dövlət dinidir.

80 ölkənin qalan 40-da isə hökumətlər qeyri-rəsmi olaraq konkret bir dinə üstünlük sərgiləyirlər. Bir çox hallarda, bu, xristianlığın bir qanadıdır. Xristian kilsələrinə 28 ölkədə digər inanclardan üstün yanaşma var.

***Buna da bax-QMİ: 'Uşaq Aşura günü məscidə gedirsə, bu, çox gözəl haldır'

10 ÖLKƏ

10 ölkədə isə dövlət ya bütün qurumların işini sərt şəkildə tənzimləyir, yaxud da ümumilikdə dinə düşmən münasibət göstərir. Bu ölkələr Çin, Kuba, Şimali Koreya, Vyetnam və bəzi postsovet respublikaları – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Həmin ölkələrdə hökumət rəsmiləri ibadət formalarına, dinin ictimai ifadəsinə, dini qrupların siyasi fəaliyyətinə nəzarət edir.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti təmsilçiləri ölkədə dini qruplara təzyiqlərlə bağlı deyilənləri, adətən, qəbul etmir, din azadlığının tam təmin olunduğunu bildirir.

«Pew» qeyd edir ki, dünyada bir çox hökumətlər dinə münasibətdə neytral mövqe tuturlar. 100-dən çox ölkədə və ərazidə 2015-ci ildə rəsmi üstünlük verilən din olmayıb. Məsələn, Birləşmiş Ştatlarda dini qruplara bəzi imtiyazlar nəzərdə tutulub, amma bunu spesifik qrupa sistematik yanaşma sərgiləmədən edirlər.

***Buna da bax-QMİ: 'Ərəb turistlər nəzarətdə saxlanmalıdırlar ki, başqa işlər görməsinlər'

Əfqanıstanda islam rəsmi dövlət dinidir, konstitusiyada da təsbit olunub. Konstitusiya ölkə prezidenti və vitse-prezidentinin də dövlət dininə mənsub olmasını tələb edir. Amma Rusiyada xristianlıq, islam, iudaizm və buddizm ölkənin «ənənəvi» dinləri sayılsa da, pravoslav xristianlığın Rusiya tarixinə xüsusi töhfəsi vurğulanır və hökumət Rusiya Pravoslav Kilsəsinə fərqli mövqe göstərir.

27 ÖLKƏDƏ RƏSMİ DİN İSLAMDIR

Tədqiqatda islamın daha çox ölkədə rəsmi din sayıldığı vurğulanır. 43 ölkədən 27-də (63%) rəsmi din kimi sünni, şiə, yaxud sadəcə islamın adı çəkilir. Və bu ölkələrin çoxu (59%) Yaxın Şərq və Şimali Afrikadadır.

Bəzi ölkələrdə dövlət bir neçə dinə eyni münasibət göstərir, onlara hüquqi, maliyyə imtiyazları verir. Beş ölkə – Eritreya, İndoneziya, Litva, Serbiya və Toqo bu kriteriyalara uyğun gəlir.

Tədqiqatda beş region öyrənilib və üzə çıxıb ki, Avropada daha çox ölkədə (30%) üstünlük verilən din mövcuddur. Hamısında da əsas din xristianlıqdır. Məsələn, Gürcüstan konstitusiyasında din və inanc azadlığının təmin olunduğu yazılıb. Eyni zamanda, Gürcüstan Pravoslav Kilsəsinin ölkə tarixindəki rolu və dövlətdən müstəqilliyi vurğulanır.

Avropada 9 ölkənin (20%) 2015-ci ildən bəri rəsmi dövlət dini var. Lixtenşteyn, Malta və Monakoda katolisizm; Danimarka, İslandiya və Norveçdə lüteranlıq; Böyük Britaniyada anqlikanizm; Yunanıstan və Ermənistanda pravoslav xristianlıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG