Nicat İbrahim adlı iş adamının, dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başladığı bildirilir. Bu barədə O, dekabrın 30-da facebook səhifəsində video-müraciət yayıb və kamera qarşısında ağzını tikib.
Nicat İbrahimin ailəsi də yanvarın 2-si onun aclıq aksiyası keçirdiyini Azadlıq Radiosuna təsdiq edib.
Nicad İbrahim video-müraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda ondan 32.000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər.
Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. Video müraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar.
Nicat İbrahim bildirib ki, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edib, ancaq şikayəti ədalətli araşdırılmayıb.
Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər, hələ ki, Nicat İbrahimin iddialarına münasibət bildirməyiblər.
Məsələyə hüquq mühafizə orqanlarından da münasibət almaq mümkün olmayıb.