Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:37

İslam Həmrəylik Oyunlarında 'su səyahəti '


İslam Həmrəylik oyunları öncəsi Azərbaycanda su festivalları keçiriləcək bölgələr, 2017
İslam Həmrəylik oyunları öncəsi Azərbaycanda su festivalları keçiriləcək bölgələr, 2017

Astara rayonu IV İslam Həmrəylik Oyunlarına hazırlaşır.

Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin rəisi Ərçə Əliyevin dediyinə görə, Astara rayonunda aprelin 9-da “su səyahəti ”nəzərdə tutulub:

“Rayonun Ərçivan kəndində olan “Yanar Bulaq” dan su götürüləcək. Rayonun Olimpiya İdman Kompleksində və dənizkənarı parkda tədbirlər nəzərdə tutulub. Astardan bir nəfər İslam Həmrəylik Oyunlarında iştirak edəcək. Rayona bir çox ölkələrin səfirlərin və idmançıların gəlişi gözlənilir.”

O, qeyd edir ki, Olimpiya oyunlarında yarışda iştirak edən ölkələrdə məşəl gəzdirilir. IV İslam Həmrəylik Oyununda isə məşəli su əvəz edir:

Astara rayon Gənclər və İdman İdarəsi, su festivalına hazırlaşır, 2 aprel 2017
Astara rayon Gənclər və İdman İdarəsi, su festivalına hazırlaşır, 2 aprel 2017

“Azərbaycanın 15 bölgəsindən su götürüləcək və Bakıya gətiriləcək. Rayonlarda isə suyun götürülməsi və paytaxta aparılması mərasimi nəzərdə tutulub. Birinci su səyahəti Naxçıvandan başlayır. Oradan buraya gətiriləcək, burdan isə Sabirabada gedəcək. Astardan 8 minkönülü gənc Bakıda tədbirlərin həyata keçirilməsində iştirak edəcək.”

Rəsmi məlumata görə, aprelin 5-i Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in İlkin Təqdimat Mərasimi keçiriləcək. Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edəcək.

Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək

20 idman növü üzrə keçiriləcək yarışlara dünyanın 50-dən çox müsəlman ölkəsindən 4 min idmançının qatılacağı gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG