Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:01

51 dövlətlə ikiqat vergitutma aradan qaldırılır


Foto illustrasiya: Azərbaycan manatı, 18 yanvar 2016

Azərbaycanla 51 dövlət arasında ikiqat vergitutmanın aradan qaldırılması haqda saziş var.

Bu sazişlərdə rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur.

AzərTAC-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin nümayəndəsi Ülvi Yusifov bildirib.

Onun fikrincə, ikiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır.

Vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydalarının sadələşdirilməsidir.

Multimedia

XS
SM
MD
LG