Keçid linkləri

2025, 16 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:08 8.1.2016

Səudiyyə İranda futbol oynamaq istəmir

Tehranla ər-Riyadın münasibətlərinin pisləşməsi idman sahəsinə də çatıb. Səudiyyə futbol federasiyası təhlükəsizlik səbəblərindən İrana futbol yarışına getməkdən imtina edib.

Federasiya qərarını Tehranda Səudiyyə səfirliyinin yandırılması ilə əsaslandırıb və Asiya Futbol Konfederasiyasından xahiş edib ki, Səudiyyə-İran yarışları “neytral ölkələrə” salınsın.

13:31 8.1.2016

Türkiyə viza tətbiq etməyəcək

Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə AzadlıqRadiosuna Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

14:59 8.1.2016

Neftçalada yolu kəsənlər kimlərdir?

Yanvarın 8-də səhər saatlarında Neftçala rayonunun Xəzər sahilində yerləşən kəndlərinin balıqçıları Neftçala- Salyan avtomobil yolunu bağlayıblar.

Bu barədə Azadlıq Radiosuna aksiya iştirakçılarının özləri məlumat veriblər. Aksiyada 100-ə yaxın balıqçı və kəndlinin iştirak etdiyi söylənilir.

Aksiyaya səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının balıq ovuna imkan verməmələri göstərilir. Hadisə yerinə polis əməkdaşları gəlib. Bundan sonra balıqçılar yolu açıblar. Ancaq insanların heç də hamısı ərazidən uzaqlaşmayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçıların etirazına münasibət bildirib. Nazirliyin rəsmisi Rasim Həsənov bildirib ki, etiraz edən şəxslər qanunsuz balıq ovu ilə məşğul olmaq istəyənlərdir:

«Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların, brakonyerliyin qarşısı alınır. Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar».

17:29 8.1.2016

"Neftçi"nin məşhur yarımmüdafiəçisi vəfat etdi

1966-cı ilin məşhur Neftçi klubunun yarımmüdafiəçisi olmuş Valeri Hacıyev vəfat edib.

APA xəbər verir ki, o, uzun sürən xəstəlikdən əziyyət çəkirdi və 75 yaşı var idi.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev «Neftçi» ilə yanaşı, Moskva «Dinamo»su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.

Davamı

XS
SM
MD
LG