Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 08:14

Səudiyyə İranda futbol oynamayacaq


İran-Səudiyyə matçı, arxiv fotosu

-

Tehranla ər-Riyadın münasibətlərinin pisləşməsi idman sahəsinə də çatıb. Səudiyyə futbol federasiyası təhlükəsizlik səbəblərindən İrana futbol yarışına getməkdən imtina edib.

Federasiya qərarını Tehranda Səudiyyə səfirliyinin yandırılması ilə əsaslandırıb və Asiya Futbol Konfederasiyasından xahiş edib ki, Səudiyyə-İran yarışları “neytral ölkələrə” salınsın.

İran bu qərarı pisləyib. Daha öncə Səudiyyə İranla diplomatik və iqtisadi münasibətləri kəsib.

İki ölkənin matçları yanvar və fevrala planlaşdırılıb.

Asiya federasiyasının prezidenti Bəhreyn kral ailəsinin üzvüdür. Bəhreyn də bu həftə İranla əlaqələri kəsib.

XS
SM
MD
LG