Cahangir Hacıyevə telefonla danışmağa icazə verilmir
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb.
Onun vəkili Aqil Layicov AzadlıqRadiosuna bildirib ki, Cahangir Hacıyev dekabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasından çıxarılıb: «Bizə bildiriblər ki, istintaq hərəkətləri ilə əlaqədar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Qanun imkan verir ki, ay ərzində 10 gündən çox olmayaraq məhbus istintaq hərəkətləri ilə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlansın. Yanvarın 9-da bu vaxt bitir».
Aqil Layicovun sözlərinə görə, Cahangir Hacıyevlə görüşündə ona hər hansı problem yaradılmır və vəkillə danışıqların konfidensiallığı gözlənir: «Yalnız sovqat qəbulu dayandırılıb və yaxınları ilə telefon danışıqlarına icazə verilmir. Bu da müvafiq qanunu pozur. Özü ilə bu gün görüşəndən sonra qərar verəcəyik ki, bundan şikayət edək, ya yox».
Ermənistanda H1N1 donuz qripi virusuna tutulanların sayı 27-yə çatıb
Bu barədə Ermənistanın səhiyyə naziri Armen Muradyan yanvarın 5-də məlumat verib. O həmçinin deyib ki, bayram günlərində qripin törətdiyi ağırlaşmalardan ölüm halları da qeydə alınıb.
Onun sözlərinə görə, kəskin respirator xəstəliklərə yoluxanların sayı artsa da hələ ki, epidemiya barədə danışmaq tezdir. "Epidemioloji vəziyyət nəzarətdədir," deyə o bildirib.
Nazir bəyan edib ki, xəstəxanalarda bütün zəruri resurslar və dava-dərman var. O, vətəndaşları xəstəliyin əlamətlərini aşkar etdikləri zaman özünümüalicə ilə məşğul olmamağa, həkimə müraciət etməyə çağırıb.
Araq satanlar çıxış yolu tapıb- [Video]
İŞİD hava zərbələrindən necə salamat qala bilir?
"İŞİD" silahlıları hansısa şəhəri tutandan sonra gördükləri növbəti iş orada tunel qazmaqdır.
Yerin 10 metr dərinliyində qazılan tunellərin üni 1-2 metrdən çox olmur.
"Tunellər binaların arasında qazılır ki, təyyarələrin "gözündən yayınıb" başqa küçəyə keçə bilsinlər," - deyə Kathim izah edir. Onun sözlərinə görə, bəzi tunellərin uzunluğu 700, 800 metrə və hətta 1 kilometrə çatır.
Tunellər hava zərbələri zamanı çox vacib amildir. Əsgərlər artıq Ramadi küçələrinin altında yüksək rütbəli "İŞİD" komandirlərini də aşkar ediblər.
Əsgərlərdən biri CNN-ə deyib ki, tunellər bir-biri ilə kəsişir və onların içində hətta elektrik də var.