Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

C.Hacıyev yenidən «Bandotdel»ə köçürüldü


Cahangir Hacıyev
Cahangir Hacıyev

-

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb.

Onun vəkili Aqil Layicov AzadlıqRadiosuna bildirib ki, Cahangir Hacıyev dekabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasından çıxarılıb: «Bizə bildiriblər ki, istintaq hərəkətləri ilə əlaqədar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Qanun imkan verir ki, ay ərzində 10 gündən çox olmayaraq məhbus istintaq hərəkətləri ilə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlansın. Yanvarın 9-da bu vaxt bitir».

Aqil Layicovun sözlərinə görə, Cahangir Hacıyevlə görüşündə ona hər hansı problem yaradılmır və vəkillə danışıqların konfidensiallığı gözlənir: «Yalnız sovqat qəbulu dayandırılıb və yaxınları ilə telefon danışıqlarına icazə verilmir. Bu da müvafiq qanunu pozur. Özü ilə bu gün görüşəndən sonra qərar verəcəyik ki, bundan şikayət edək, ya yox».

Cahangir Hacıyev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Ötən ilin sonunda Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Keçmiş bankir özünü bu ittihamlarda suçlu bilmir.

XS
SM
MD
LG