Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 23:20
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:05 5.1.2016

Ukrayna televiziyaları Azərbaycan peykindən imtina etdi

Ukraynanın dövlət televiziyası "Kultura", "Mərkəzi kanal", "Lviv TV", "Boutique TV" və daha bir neçə telekanal "Azerspace-1" peyki vasitəsilə yayımını dayandırıb.

APA xəbər verir ki, telekanal yayımına "Amos-3" peyki üzərindən davam edəcək.

Hal-hazırda “Azerspace-1” üzərindən yayımını davam etdirən yeganə Ukrayna telekanalı UATV-dir.

13:43 5.1.2016

MSK partiyalardan hesabat gözləyir

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 5-dən siyasi partiyaların 2015-ci il üzrə maliyyə hesabatlarının qəbuluna başlayıb.

Bu haqda AzadlıqRadiosuna MSK-nın mətbuat katibi Şahin Əsədli deyib. Onun sözlərinə görə, partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dək MSK-ya təqdim etməlidirlər. Bu, siyasi partiyalar haqqında qanunun tələbidir.

İllik hesabat təqdim edilmədikdə qurum həmin partiyaların siyahısını Ədliyyə Nazirliyinə göndərir.

Şahin Əsədlinin dediyinə görə, ötən il dörd partiya MSK-ya hesabat verməyib. Bunlar Dirçəliş və Tərəqqi Partiyası, Milli Hərəkat Partiyası, Vətənpərvərlər Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.

15:00 5.1.2016

Məşhur qızıl dükanının sahibi öldürüldü

Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

APA qeyd edir ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

15:26 5.1.2016

Mendeleyev cədvəlində 4 yeni element

Mendeleyev cədvəli kimi tanınan kimyəvi elementlər cədvəlinə 4 yeni element salınıb. Bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya Birliyi məlumat yayıb.

Bu elementlər bir neçə il öncə kəşf olunub, ancaq ekspertlər məlumatları dəqiqləşdirirdilər. 113, 115, 117 və 118 saylı elementlərin hələlik daimi adı yoxdur. Alimlər bu barədə daha sonra düşünəcəklər.

Davamı

XS
SM
MD
LG