Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:59 8.1.2016

Neftçalada yolu kəsənlər kimlərdir?

Yanvarın 8-də səhər saatlarında Neftçala rayonunun Xəzər sahilində yerləşən kəndlərinin balıqçıları Neftçala- Salyan avtomobil yolunu bağlayıblar.

Bu barədə Azadlıq Radiosuna aksiya iştirakçılarının özləri məlumat veriblər. Aksiyada 100-ə yaxın balıqçı və kəndlinin iştirak etdiyi söylənilir.

Aksiyaya səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının balıq ovuna imkan verməmələri göstərilir. Hadisə yerinə polis əməkdaşları gəlib. Bundan sonra balıqçılar yolu açıblar. Ancaq insanların heç də hamısı ərazidən uzaqlaşmayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçıların etirazına münasibət bildirib. Nazirliyin rəsmisi Rasim Həsənov bildirib ki, etiraz edən şəxslər qanunsuz balıq ovu ilə məşğul olmaq istəyənlərdir:

«Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların, brakonyerliyin qarşısı alınır. Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar».

13:31 8.1.2016

Türkiyə viza tətbiq etməyəcək

Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə AzadlıqRadiosuna Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

13:08 8.1.2016

Səudiyyə İranda futbol oynamaq istəmir

Tehranla ər-Riyadın münasibətlərinin pisləşməsi idman sahəsinə də çatıb. Səudiyyə futbol federasiyası təhlükəsizlik səbəblərindən İrana futbol yarışına getməkdən imtina edib.

Federasiya qərarını Tehranda Səudiyyə səfirliyinin yandırılması ilə əsaslandırıb və Asiya Futbol Konfederasiyasından xahiş edib ki, Səudiyyə-İran yarışları “neytral ölkələrə” salınsın.

12:40 8.1.2016

Vergidən yayınan müğənnilərin siyahısı

Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin yenilənmiş siyahısını açıqlayıb:

«Şeron» qrupu

Zamiq Hüseynov

Rəqsanə İsmayılova

Xəyyam Nisanov

Emil Bədəlov

Akif Süleyman

Elton Hüseynəliyev

Davamı

XS
SM
MD
LG