Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Azərenerji: 'Nasazlıq naməlum qısaqapanmadan baş verib'


Elektrik xətləri
Elektrik xətləri

İyulun 20-də saat 22:20-də Bakının Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib ki, elektrik enerjisinin “Şimal” elektrik stansiyasının dayanması səbəbindən kəsilməsi haqqında yayılan informasiyalar əsassızdır.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsinə səbəb 1 və 2 saylı “8-ci kilometr”“Həzi Aslanov” yüksək gərginlikli elektrik verilişi xətlərində “eyni zamanda naməlum səbəbdən qısaqapanma”nın baş verməsidir:

“Nəticədə, Nizami və Xətai rayonlarında elektrik istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət qoymaq məcburiyyəti yaranıb”.

Buna da bax: Azərenerji: Ölkədə elektrik təminatı tam bərpa edilib (YENİLƏNİR)​

Yəhya Babanlı deyir ki, Bakı şəhərinin elektrik enerjisi təminatında “güc çatışmazlığı” olmayıb, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar isə əsassızdır və son günlər bu stansiyanın iş rejimində heç bir dəyişiklik baş verməyib.

XATIRLATMA

İyulun 3-də Mingəçevirdə İstilik Elektrik Stansiyasında qəza baş verib. Ölkəin böyük hissəsi uzun müddət elektriksiz qalıb. Növbəti günlərdə də yanğın və qəza baş verməsi üzündən ölkənin müəyyən hissəsi yenidən eyni problemlə üzləşib.

Prezident bununla bağlı xüsusi müşavirə keçirib, dövlət komissiyası yaradılıb. Hələlik komissiya işini başa çatdırmayıb.

“Azərenerji” ASC ilkin olaraq qəzanın rekord istilər üzündən elektrikə tələbatın 40 faiz artması ilə izah etmişdi. Sonra bu versiya təkzib edildi.

Nazirlər Kabinetinin toplantısında bu qəzanı “ciddi siqnal” adlandıran İlham Əliyev, bu sahədə bəzi tədbirlərin görüləcəyini deyib.

Mütəxəssislər baş verənləri “səriştəsizlik, məsuliyyətsizlik və korrupsiya” ilə izah edirlər.

XS
SM
MD
LG