Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

Azərenerji: Ölkədə elektrik təminatı tam bərpa edilib (YENİLƏNİR)


Elektrik xətləri
Elektrik xətləri

Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub. "Azərenerji" ASC bildirir.

Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlərin görüldüyü bildirilir.

"AZƏENERJİ": "BAKIYA ELEKTRİK VERİLİŞİ TAM TƏMİN OLUNUB"

Fövqəladə Hallar Nazirliynin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğın lokallaşdırılıb. “Azərenerji”nin məlumatında deyilir.

Məlumatda artıq Bakı şəhərinə elektrik enerjisi verilişinin tam təmin edildiyi bildirlir.

“Hazırda digər bölgələrin də elektrik enerjisi ilə təchizatı istiqamətində iş aparılır” – “Azərenerji” qeyd edir.

Az öncə FHN Yevlax və Ağsu rayonlarında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində baş vermiş yanğının yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb.

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidəki yanğının isə lokallaşdırıldığı bildirilir.

Rəsmi qurumlar hazırda yüksək gərginlikli elektrik hava xətlərinə təhlükə olmadığını və yanğının söndürülməsi istiqamətində işlər aparıldığını bəyan edirlər.

***

Azərenerji: "2 yerdə yangın törədilib”

“Yüksək gərginlikli hava elektrik verilişi xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür”.

"Azərenerji" ASC-nin ölkənin bəzi ərazilərində elektrik kəsintisi ilə bağlı yaydığı son məlumatda belə deyilir.

"Azərenerji" bildirir ki, saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda, Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.

Buna görə də daha ağır qəzanı önləmək məqsəilə bir neçə hava xətlərinin dövrədən ayrıldığı qeyd olunur.

“Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-i Abşeron Yarımstansiyası ilə birləşdirən yüksək gərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığından baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.

Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısa qapanma baş ermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayrılıb”, -məlumatda yazılır.

Elektrik enerjisi verilişində məhdudiyyət nə zaman aradan qalxacaq?

"Azərenerji" vurğulayır ki, yüksək gərginlikli 220-500 kV-luq xətlərin altında törədilmiş yanğın nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyi kəskin dərəcədə azalır:

“Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoləsinin elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısa qapanmaya gətirib çıxarır. Yanğından baş verən qisa qapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən qoşulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümkünsüz olur. Beləliklə, yanğın nəıticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlukə yaradır”.

"Azərenerji" hazırda lazımi tədbirlərin görüldüyünü qeyd edir.

Elektrik təchizatının 27 faizində məhdudiyyət tətbiq edilib

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib. Nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub”.

”Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin ölkənin bəzi yerlərində elektrik kəsitisi ilə bağlı məlumatında belə yazılır.

“Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı Metrosu, H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etmədiyini bildirir.

“Hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar”, məlumatda vurğulanır.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, iyulun 12-də ölkənin bəzi ərazilərinin elektriklə təchizatında problem yaranıb.

«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksəkgərginlikli elektrik verilişi xətlərinin altında baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

«Həmin yanğına görə respublikanın bəzi bölgələrinə enerji verilməsi dayandırılıb. Bu, təhlükəsizlik məqsədi daşıyır», - o, qeyd edib.

Elektrik enerjisinin verilməsinin nə zaman bərpa ediləcəyi bilinmir.

Elektrik kəsintisi səbəbindən Bakı Metropoliteninin fəaliyyətində də problemlərin yarandığı bildirilir.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, elektrik enerjisi bu gün saat 16:10 radələrində kəsilib.

«Bənövşəyi xətdə - «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb. Yaşıl və Qırmızı xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında «Avtovağzal» və «Memar Əcəmi» stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb. Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub», - deyə B.Məmmədov vurğulayıb.

İyulun 3-də Mingəçevir İES-də baş verən qəza nəticəsində ölkə uzun müddət elektriksiz qalmışdı. Ertəsi gün İES-də ikinci dəfə yanğın baş vermişdi.

Qəzanın səbəbini araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılıb. Hələlik komissiya işini davam etdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG