Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:19

Faiq Əmirlinin mədə ağrıları kəskinləşib


 Faiq Əmirli
Faiq Əmirli

“Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirlinin mədəsindəki ağrılar artıb.

Bu haqda onun xanımı Lalə Əmirli məlumat yayb.

L.Əmirli bildirib ki, həyat yoldaşı onunla telefon danışığı zamanı mədəsində kəskin ağrıların yenidən artdığını bildirib.

Vəkil Aqil Layıcov AzadlıqRadiosuna deyib ki, Faiq Əmirli mədə xorasından əziyyət çəkir:

"Bu xəstəlik daimi, sabit rejim və yüksək səviyyəli müalicə tələb edir. Belə xəstələr ev yeməyilə təmin edilməldir ki, xəstəlik hər hansı fəsad törətməsin. Bu şərait hələ ki, yoxdur. Ona görə xəstəlik özünü açıq-aşkar göstərir”.

A.Layıcov F.Əmirlinin Penitensiar Xidmətin müalicə müəssisəsinə getməməsinə də aydınlıq gətirib:

Vəkil Aqil Layicov, 5 avqust 2013
Vəkil Aqil Layicov, 5 avqust 2013

“Bu haqda F.Əmirlinin özü ilə danışdım. Dedi ki, ora gedib başqa bir xəstəliyə tutulmaq istəmir. Çünki məhbuslar arasında həmin müəssisədə yolxucu xəstəliyi olanlarla digər xəstələrin bir yerdə saxlanması xəbərləri dolaşır”.

A.Layıcov saysız müracətlərinə baxmayaraq, F.Əmirlinin maşının hələ də ailəsinə qaytarılmadığını da bildirib.

F.Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib.

F.Əmirli ittihamları qəbul etmir. Buna görə istintaqa hər hansı ifadə vermir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG