Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 21:40

Nazirlər Kabinetinin avqustun 12-dən qüvvəyə minmiş qərarına görə, Azərbaycana gətirilən reaktiv mühərrik kerosini 3 ay müddətinə gömrük idxal rüsumundan azad edilib. Bu müddətdən sonra kerosinin dəyərinin 15 faizi həcmində rüsum ödənişi yenidən bərpa olunacaq.

Hökumətin avqustun 12-də açıqlanan digər qərarına əsasən, reaktiv mühərriklər üçün 1 ton kerosinin aksiz dərəcəsi 1 manat müəyyən edilib.

Halbuki dünənədək bu, digər kerosinlər kimi 80 manat idi. Bu qərar da 90 gün ərzində qüvvədə olacaq. İdxala görə 18 faizlik əlavə dəyər vergisi isə bu müddət ərzində qüvvədədir.

Buna da bax: AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]

Təklif AZAL-dan gəlib

Nazirlər Kabineti hər iki qərarını «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təklifi əsasında qəbul etdiyini açıqlayıb. Nə hökumət, nə də AZAL bu təklifin verilməsinin səbəblərini açıqlayır.

Hökumət zərurət duyulduğunda idxal olunan yanacağa görə ödənişlərə yenidən baxır. Bu ilin iyulunda SOCAR-ın təklifi ilə bəzi benzin növlərinin idxal aksiz dərəcələrini 90 günlük 200 manatdan 1 manata endirmişdi.

Reaktiv yanacaq idxalı azalıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, reaktiv mühərriklər üçün kerosinin də yer aldığı 271019 mal qrupu (emalın spesifik prosesləri üçün orta destilyatlar və digər məqsədlər üçün orta destilyatlar) üzrə bu ilin 6 ayında Azərbaycana 7 min 894 ton – ötənilkindən 12,7 faiz az mal idxal edilib. İdxal 8,7 milyon dollar həcmində olub.

Buna da bax: Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG