Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 09:01

Rusiya AZAL təyyarəsi ilə bağlı yeni vəd verir...

Rusiya 'AZAL qəzası'nın araşdırılmasını niyə dayandırdı?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Rusiya 'AZAL qəzası'nın araşdırılmasını niyə dayandırdı?

Azərbaycan və Rusiyanın 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqları bildirilir.

president.az-ın xəbərinə görə, bu barədə martın 2-də prezident İlham Əliyev Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən bəhs edilib: "Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar".

Vurğulanır ki, "görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib".

Fevralın 28-də İranla nüvə zənginləşdirilməsi ilə bağlı danışıqların nəticə verməməsi fonunda İsrail ilə ABŞ bu ölkəyə zərbələr endirib. İran da İsrail və Birləşmiş Ştatların bölgədəki bazalarını hədəf seçib.

26 fevral

Nazir: Gözləntilərimiz Rusiya prezidentinin səsləndirdiyi yanaşmanın təsdiqini tapmasıdır

"AZAL təyyarəsi ilə bağlı ən ali səviyyədə də bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır". APA-nın xəbərinə görə, bunu bu gün, fevralın 26-da jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, gözlənti ötən ilin oktyabrında Azərbaycan prezidenti ilə görüşdə Rusiya prezidentinin səsləndirdiyi yanaşmanın təsdiqini tapmasıdır: "Hesab edirik ki, ötən ilin oktyabrında prezident İlham Əliyevlə Rusiya prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki, təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz də bundan ibarətdir".

Xatırlatma

2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsi Bakı-Qroznı aviareysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya düşüb. Qəzada 38 nəfər həlak olub. 29 nəfərin həyatı isə xilas edilib. Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edib.

Bu məsələ iki ölkə arasında müəyyən dövr gərginliklə də müşahidə edilib. Kreml rəhbərliyi hadisə ilə bağlı əvvəlcə üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib. Nəhayət, ötən il oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Lakin bu vədin verilməsindən də aylar keçsə də, Azərbaycanın gözləntilərinin yerinə yetirilməsi ilə bağlı hər hansı yenilik açıqlanmayıb.

Əksinə, C.Bayramov ötən ilin sonlarına yaxın da bildirmişdi ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib və cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub.

XS
SM
MD
LG