Bu günki AzadlıqLive-da:
Tikinti şirkətləri gözləmə mövqeyinə keçib. SNT inşaat şirkətinin baş mühəndisi Azər Davudov deyir ki, indiyə kimi dövlət sifarişi ilə işləyiblər, indi sifariş yoxdur
NBA Consulting Group-un rəhbəri Nüsrət İbrahimov deyir ki, şəxsən tanıdığı şirkət rəhbərlərindən, tikinti fəhlələrindən məlumat alır- əvvəl məsələn, 25 fəhlə işləyən yerdə indi 8-i işləyir
Hərbi prokuror deyir ki, orduda rüşvət 71 faiz azalıb
Baş prokurorluq KİV rəhbərlərinə xəbərdarlıq edir, aksiyaların işıqlandırılması ilə bağlı.
Bakı dükanlarında qızıl 30-50 faiz bahalanıb
Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü
“Standart and Poor’s” Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyəsi sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.
Agentlik qiymətini belə izah edir ki, “Azərbaycan neftdən asılıdır", “xarici risklər artmaqdadır", Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından sürətlə azalır.