"Avis" rəhbəri saxlanıb
«Avis» tibbi marketlər şəbəkəsinin rəhbəri Elmir Məhərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O, həmin şəxsin süni qiymət artımında və başqa qanunsuzluqlarda ittiham olunduğunu bildirir.
Rusiya razılaşdı, neft bahalandı
Rusiya ilk dəfə olaraq, ictimai şəkildə bildirib ki, OPEC neft karteli ilə qlobal neft istehsalının 5 faiz azaldılması danışıqlarına gedəcək.
Rusiyanın Enerji naziri Alexander Novak yanvarın 28-də Sankt Peterburqda jurnalistlərə deyib ki, belə danışıqlara hazırdır. Bu bəyanatdan sonra Londonda neftin bareli 8 faiz bahalanaraq 36 dollara sıçrayıb.
“OPEC ölkələri hazırda üzv və qeyri-üzv ölkələrin fevralda görüşünü təşkil etməyə çalışırlar”, Novak deyib. “Məsələni müxtəlif ölkələr nəzərdən keçirir. Biz öz tərəfimizdən iştirakımızın mümkünlüyünü təsdiqləmişik”.
2014-cü ilin ortalarından neftin qiyməti düşməyə başlayandan Rusiya rublu ABŞ dollarına qarşı rekord həddə düşüb.
323 məktəbdə, 240 uşaq bağçasında donuz qripinə qarşı dezinfeksiya
“İndiyə kimi “donuz qripi” təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.
Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.
İlham Əliyev: "Minsk qrupu məsələnin dondurulmasına çalışır"
“Ermənistanın danışıqlar prosesində vaxt uzadır, ATƏT-in Minsk qrupu isə məsələnin həllinə yox, dondurulmasına çalışır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentİlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.