"Azərbaycanda korrupsiya idarəetmə prinsipidir"
“Xeyli müddətdir ki, Azərbaycanda korrupsiya idarəetmənin bir prinsipidir. Bütövlükdə hakim elita bu işlə məşğuldur. Azərbaycanda korrupsiyayla mübarizə aparılmır ki, göstəricisi aşağı düşsün. Əksinə, ölkəni idarə edənlər özü korrupsiya mexanizminə rəhbərlik edirlər”.
Bunu AXCP sədri Əli Kərimli Transparency İnternational təşkilatının illik “Korrupsiyanı Qavrama İndeksi 2015” (Corruption Perceptions Index 2015) hesabatına münasibət bildirərkən deyib.
Bahar Muradova deyir ki, yanlış rəy formalaşıb
Milli Məclisin vitse-spikeri, İnsan haqları komitəsinin sədri Bahar Muradova Azərbaycanın “qeyri-azad ölkələr” sırasına salınması fikrini “yanlış və qərəzli” sayır. Onun sözlərinə görə, Freedom House-un hesabatında yeni heç nə deyilmir, təşkilatda Azərbaycanla bağlı “yanlış rəy” formalaşıb və tənqidlər də buna söykənir.
Bahar Muradova kimi Müsavat Partiyası başqanı Arif Hacılı da hər iki hesabatdakı rəyin “gözlənilən” olduğunu düşünür. Ancaq ondan fərqli olaraq, “qərəzli və yanlış” olduğunu demir, əksinə ölkədə vəziyyətin getdikcə pisləşdiyini, hakimiyyətin demokratik institutları sistemli şəkildə dağıtdığını düşünür. O, müstəqil medianın, beynəlxalq və yerli ictimai təşkilatların sıxışdırıldığını, sıradan çıxarıldığını, siyasi partiyaların daim basqı altında olduğunu, siyasi rəqabətə imkan yaradılmadığını bildirir.
Müxalifət liderləri hansı maşında gəzir?
Prezident İlham Əliyev məmurları Azərbaycanda yığılan Lifan maşınlardan xidməti avtomobil kimi istifadə etməyə çağırıb.
Təxminən 1 il əvvəl modern.az saytı müxalifətçilərin hansı maşınlardan istifadə etməsilə maraqlanmışdı.
Beynəlxalq Bankın müşahidə şurası hara baxırdı?
Maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarından söz açıb.
O, problemlərin həmin qurumun keçmiş rəhbərliyindən qaynaqlandığını söyləyib:
“ABB-də səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Ölkə prezidentinin sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Asan deyil, çünki bankın sabiq idarəçiləri, sabiq rəhbərliyi bir çox kobud səhvə yol vermişdi... Bir çox hallarda Müşahidə Şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunmuşdu. Nəticə etibarilə, bu bankda mənimsəmə halları müşahidə edilib”.
Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bankın Müşahidə Şurasının sədri kimi Maliyyə Nazirliyi rəhbərliyinin də məsuliyyəti var:
“Müşahidə Şurası, ən azı, "Banklar haqqında" qanundan irəli gələn nəzarət vəzifələrini icra etməyib. Əlbəttə, başa düşürəm ki, Cahangir Hacıyev Müşahidə Şurası ilə hesablaşmayıb, bəlkə də ona bütün məlumatları təqdim etməyib. Amma yenə də bütün bunlar Müşahidə Şurası sədrinin və üzvlərinin məsuliyyətini azaltmır”.