Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 08:20

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:04 26.1.2016

Daha 2 bank bağlanır

Mərkəzi Bank «Yunayted Kredit Bank» və «NBCBank»ın bank lisenziyalarını ləğv edib.

MB-dan verilən məlumata görə, bankların bağlanma səbəbləri eynidir:

- kapitalın minimum məbləği tələbinə əməl etməməsi;

- kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi;

- cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi.

Banklara müvəqqəti inzibatçı təyin edilib.

16:45 26.1.2016

Khomeininin nəvəsi uzaqlaşdırıldı

İran İslam Respublikasının banisi Khomeinin nəticəsi atasının ali dini quruma seçkidən kənarlaşdırıldığını deyir.

Hassan Khomeininin oğlu Ahmad Khomenei bunu yanvarın 26-da “İnstaqram”səhifəsində yazıb.

Onun sözlərinə görə qərarı yanvarın 25-də İnqilab Şurası verib.

Bu barədə İranın dövlət İRNA agentliyi də məlumat yayıb.

17:36 26.1.2016

İlham Əliyev: "məmurun kabinetində yerli mebel olmalıdır"

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Prezident İlham Əliyev tədbirdə məmurlara yerli istehsallara üstünlük verməyi tövsiyə edib:

"Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır".

Prezident daha sonra qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir: "Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik".

18:21 26.1.2016

Mirşahin Teleradio Şurasına qarşı məhkəməni uddu

Mirşahin Ağayevin hər iki şikayəti qismən təmin edildi - Səbayel Rayon Məhkəməsinin qərarları ləğv edildi və bu işlər bir daha ətraflı araşdırılması üçün yenidən ora qaytarıldı. Ətrafı burada

Davamı

XS
SM
MD
LG